AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

Siyasət
28 May 2020, 13:26 1196
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
 
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.
 
Prezident İlham Əliyev görüşdə çıxış edib.