• şənbə, 20 Aprel, 12:43
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə çay süfrəsi arxasında - VİDEO

17.08.21 14:45 511
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə çay süfrəsi arxasında - VİDEO
Xəbər verildiyi kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Kaspi.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə Lev çayı kənarında əyləşiblər. Onlar süfrə arxasında birgə çay içiblər.
Dövlət başçısı bildirib:"Bu gün biz Lev çayının kənarında çay içəcəyik armudu stəkanda. Bu, onu bir daha göstərir ki, nə qədər ermənilər çalışsalar da bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq. Bundan sonra da tədbirlər olacaq. Hələlik isə çayımızı içək və təbiətdən zövq alaq. Yaşasın Azərbaycan!"
banner

Oxşar Xəbərlər