AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub

Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub

Siyasət
03 May 2013, 11:19 1584
AzərTAc xəbər verir ki, mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi, Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.

Sonra Prezident İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış oldu.

Daha sonra dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak etdi.

Prezident İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Kompleksinin açılışında da iştirak etdi.