• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı

23.07.21 14:38 264
Prezident İlham Əliyev Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı
Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam verib.
Trend-in məlumatına görə, Sərəncamda qeyd edilir ki, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

banner

Oxşar Xəbərlər