• cümə, 29 Mart, 14:42
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

14.11.18 18:30 524
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".
banner

Oxşar Xəbərlər