• cümə, 29 Mart, 09:06
  • Baku Bakı 5°C

Prezident İlham Əliyev: “Füzuli beynəlxalq hava limanı bu il istifadəyə verilməlidir” - VİDEO

15.01.21 12:25 443
Prezident İlham Əliyev: “Füzuli beynəlxalq hava limanı bu il istifadəyə verilməlidir” - VİDEO
"Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ bilsinlər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli beynəlxalq hava limanının təməlini qoyduqdan sonra deyib.
Dövlət başçısının sözlərinə görə, bununla paralel olaraq göstəriş verilib ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin: "Eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcək”.
banner

Oxşar Xəbərlər