• cümə, 29 Mart, 05:22
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev “EXPO 2017 Astana” sərgisində Azərbaycan və Qazaxıstan pavilyonları ilə tanış olub - Fotolar

09.09.17 15:30 1273
Prezident İlham Əliyev “EXPO 2017 Astana” sərgisində Azərbaycan və Qazaxıstan pavilyonları ilə tanış olub - Fotolar
Qazaxıstanda səfərdə olan Azərbaycan Prezidentiİlham Əliyevölkənin paytaxtı Astanada keçirilən "EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.
APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, "EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezidentİlham Əliyevə sərgi barədə məlumat verib.
Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. "EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır.
Dövlət başçısı əvvəlcə "Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub.
Prezidentİlham Əliyevə məlumat verilib ki, "EXPO 2017 Astana” sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır.
Heydər Əliyev MərkəzivəEnergetika Nazirliyitərəfindən təşkil edilən Azərbaycan pavilyonu "Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb.Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur.
Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - "Nur Alem” ilə tanış olub. Prezidentİlham Əliyev"Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib.
Sonra Prezidentİlham Əliyev"EXPO 2017 Astana” beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazıb.





















banner

Oxşar Xəbərlər