• çərşənbə axşamı, 23 aprel, 20:51
  • Baku Bakı 20°C

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib

09.09.21 18:00 286
Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib
Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu göndərib.
Kaspi.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Karis,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".
banner

Oxşar Xəbərlər