• şənbə, 20 Aprel, 08:40
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

17.10.14 15:50 1153
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
Ölkə başçısı bu gün müvafiq sənədi imzalayıb. Bu gün Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.
banner

Oxşar Xəbərlər