• cümə axşamı, 18 aprel, 22:37
  • Baku Bakı 21°C

Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib

22.07.21 14:15 534
Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi.
Kaspi.az xəbər verir ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
banner

Oxşar Xəbərlər