AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev Bakıda Cənubi Qafqaz Forumunda iştirak edir

Prezident İlham Əliyev Bakıda Cənubi Qafqaz Forumunda iştirak edir

Siyasət
07 May 2013, 08:31 1641
Bakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu başlayıb. Trend-in məlumatına görə, forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.

İki gün davam edəcək foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.

Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.