• cümə axşamı, 18 aprel, 11:49
  • Baku Bakı 12°C

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı olub - YENİLƏNİB

01.03.21 13:06 492
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı olub - YENİLƏNİB
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Kaspi.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.
Məlumat verildi ki, "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.
Prezident İlham Əliyev "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.
Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Ro-Pax” tipli "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etiblər.
Dövlətimizin başçısına və birinci xanıma "Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni "Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.
Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.
Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.
banner

Oxşar Xəbərlər