Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Sonra dövlət başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.
APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Sonra dövlət başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.