AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident Füzuli rayonuna səfər edib

Prezident Füzuli rayonuna səfər edib

Siyasət
28 Avqust 2014, 18:50 1139
APA-nın xəbərinə görə, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Horadiz tikiş fabrikinin açılışında iştirak edib.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır.

Prezident İlham Əliyev, həmçinin Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.