• cümə, 19 Aprel, 08:10
  • Baku Bakı 13°C

Prezident bu Agentliyin Nizamnaməsində dəyişiklik edib - FƏRMAN

09.08.21 16:00 233
Prezident bu Agentliyin Nizamnaməsində dəyişiklik edib - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən Agentliyin vəzifələrinə aşağıdakılar da daxil edilib:
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə "e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda "Sahibkarın elektron kabineti” və "Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək;”.
banner

Oxşar Xəbərlər