• cümə, 19 Aprel, 23:39
  • Baku Bakı 24°C

Prezident: Bu 17 il ərzində hər zaman deyirdim ki, biz bu torpaqlara qayıdacağıq

28.05.21 21:30 387
Prezident: Bu 17 il ərzində hər zaman deyirdim ki, biz bu torpaqlara qayıdacağıq
Mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq,
Kaspi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq".
banner

Oxşar Xəbərlər