• cümə, 19 Aprel, 05:48
  • Baku Bakı 18°C

Prezident Beyləqanda bir sıra obyektlərin açılışında olub - Yenilənib

28.08.14 16:10 1182
Prezident Beyləqanda bir sıra obyektlərin açılışında olub - Yenilənib
16: 10
Prezident İlham Əliyev Beyləqan Mərkəzi Şəhər Stadionunun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılan şəraitlə tanış olub.
APA-nın xəbərinə görə, stadionun inşasına bu ilin yanvarında başlanılıb.
Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.
X X X
Prezident İlham Əliyev Beyləqanda avtomobil yolunun açılışında iştirak edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
“APA-Economics”in məlumatına görə, sözügedən yol ölkə başçısının sərəncamı ilə tikilib. Sənədə əsasən avtomobil yolunun tikintisinə prezidentin ehtiyat fondundan ilkin olaraq 2 mln. manat vəsait ayrılıb.
25 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 km-dən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.
Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır.
---------
14:48
Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib
APA–nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var.
Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Beyləqan rayonuna səfəri çərçivəsində həmçinin şahmat məktəbinin açılışında iştirak edib. Məlumat verilib ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.
Prezident İlham Əliyev Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasının açılışında da iştirak edib. 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.
Dövlət başçısı Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini də ziyarət edib.
banner

Oxşar Xəbərlər