AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiqlədi

Prezident “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiqlədi

Siyasət
29 Dekabr 2012, 16:35 2133
Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

İnkişaf Konsepsiyasının həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.

İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb ki, İnkişaf Konsepsiyası ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin, İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin, İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə aparılan işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə isə İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görmək tapşırılıb.