AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident Administrasiyasının rəhbəri İranda səfərdədir

Prezident Administrasiyasının rəhbəri İranda səfərdədir

Siyasət
29 Aprel 2013, 14:05 1672
Bu gün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana yola düşüb.

APA-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin İRNA-ya bildirib ki, səfər İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin dəvəti əsasında həyata keçirilir: “Səfərdə məqsəd iki ölkə arasında etimadın yüksək səviyyədə olmasını nümayiş etdirməkdir. Azərbaycan və İran prezidentləri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar”.

Səfir deyib ki, R. Mehdiyev səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.