• cümə axşamı, 25 aprel, 19:02
  • Baku Bakı 21°C

Portuqaliyadakı Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

25.01.22 20:30 193
Portuqaliyadakı Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pridə Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub.
Federasiyadan"Report"a verilən məlumata görə, Mövlud Mirəliyevin baş məşqçi olduğu kişilərdən ibarət milli komandanın heyətində Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaq.
Rəşad Məmmədovun rəhbərlik etdiyi qadınlardan ibarət yığmada isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) yer alıb.
Qeyd edək ki, 45 ölkədən 400-ə yaxın idmançının yarışacağı Qran-pri 28 - 30 yanvarda keçiriləcək.
banner

Oxşar Xəbərlər