• cümə, 19 Aprel, 09:08
  • Baku Bakı 13°C

Polşa Prezidenti sabah Türkiyəyə səfər edəcək

23.05.21 16:45 960
Polşa Prezidenti sabah Türkiyəyə səfər edəcək
Polşa Prezidenti Andjey Dudanın sabah Türkiyəyə səfəri gözlənilir.
APA-nın yerli bürosunun CNN-Türk-ə istinadla məlumatına görə, səfər çərçivəsində A.Dudanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və heyətlərarası görüşü olacaq.
Məlumatda bildirilib ki, Avropa İttifaqı və NATO üzvü olan Polşanın Türkiyədən ilk dəfə 24 ədəd operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi alacaq.
Qeyd edək ki, Polşa mətbuatı da Türkiyədən 24 PUA (SİHA) alınacağı haqqında məlumat yayıb, Polşanın Müdafiə Nazirliyi sosial şəbəkədə Türkiyədən SİHA alacağı haqqında paylaşım edib. Polşanın müdafiə naziri isə özünün Twıtter səhifəsindən Türkiyənin "Baykar” şirkətinin istehsalı olan SİHA-ların şəklini paylaşaraq, "Yaxşı xəbər gəlməkdədir, Gözləyin” deyə paylaşım edib.
banner

Oxşar Xəbərlər