Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

Təfsilat
20 Oktyabr 2019, 13:08 307
Polşa BMT-nin İnsan Haqları Şurasına (UNHRC) üzv seçilib. Ölkə bu vəzifəni 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə davam etdirəcək.
 
AZƏRTAC xəbər verir ki, Polşa prezidenti katibliyinin rəhbəri Kşiştof Şçerski Twitter səhifəsində ölkəsinin UNHRC-yə üzv seçilməsini beynəlxalq uğur kimi dəyərləndirib.
 
BMT-nin İnsan Haqları Şurası 47 dövlətin təmsil olunduğu beynəlxalq qurumdur və dünyada insan hüquqlarının təşviqi və qorunması üçün məsuliyyət daşıyır.