• çərşənbə axşamı, 19 mart, 09:12
  • Baku Bakı 8°C

Politoloq: "Ermənistan yeni reallıqla barışmağa məcburdur"

24.07.21 16:00 285
Politoloq: "Ermənistan yeni reallıqla barışmağa məcburdur"
Prezident İlham Əliyevin Rusiyaya reallaşdırılan son səfərindən bir daha məlum oldu ki, yaranmış yeni reallıqla bağlı iki dövlətin mövqeyi üst-üstə düşür. Yəni, Zəngəzur dəhlizi mütləq qaydada açılmalıdır.
Kaspi.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, Ermənistan tərəfinin əsassız bəyanatlar səsləndirməsi, təxribatlar törətməsi qəbuledilməzdir:"Bu bəyanatların, bu təxribatların, illər ərzində yalan tarix uydurmağın, boş xəyallarla yaşamağın nəticəsi onlara 44 günlük müharibədə yaxşı izah edildi. Torpaqlarını azad edən Azərbaycan dövləti indi də ərazi bütövlüyünü müdafiə etməyə, eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etməyə qadirdir.Tarixdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub, ərazisi yox. İllər ərzində Azərbaycan xalqının maraqlarını rəhbər tutan cənab Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə prinsipiallıq, qəti mövqe nümayiş etdirib, beynəlxalq kürsülərdən də bu münaqişəni məhz bu cür, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın nəzərinə çatdırıb. Nə o münaqişə var, nə də status. "Dağlıq Qarabağ” adlı ərazi vahidi də yoxdur. İndi Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası mövcuddur.
Aİ Şurasının prezidenti kimi böyük Avropa adından çıxış edən Şarl Mişel də "status” və "Dağlıq Qarabağ” sözlərini işlətmədi. Deməli, Rusiya kimi, bu qurum da yeni reallığa müvafiq hərəkət edir. Lakin biz onu da vurğulamalıyıq ki, necə olur ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmağa hazırlaşır, Azərbaycana isə heç bir vəsait ayırmır? Bu çox ədalətsiz mövqedir.
O ki, qaldı, xəyallara və illuziyalara, burada isə onu deməliyik ki, 25 min insan üçün status yaratmaq xəyalındansa getsinlər, 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Baxmayaraq ki, müharibədən 8 ay keçib, ancaq Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa və yenidənqurma işləri sürətlə gedir. Dövlətimiz tərəfindən çevik şəkildə görülən işləri xalqımız da təqdir edir”.
banner

Oxşar Xəbərlər