• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

Politoloq: Ermənistan regionda təhlükə mənbəyi olan bir dövlətdir

25.09.20 11:45 367
Politoloq: Ermənistan regionda təhlükə mənbəyi olan bir dövlətdir
Ermənistan nəinki Azərbaycanafobiya, İslamafobiya siyasəti yürüdür, eyni zamanda işğalçı, terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir dövlət funksiyasını yerinə yetirir. Bu dövlət regionda daim təhlükə mənbəyidir.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər bir dövlətin bizə qarşı münasibətini açıq və aydın şəkildə görür:
"Belə ki, Serbiyadan və Rusiyadan Ermənistana silah göndərilməsi ilə bağlı dövlətimiz dərhal o ölkələrə diplomatik kanallarla siqnallar göndərdi, dövlət başçıları arasında söhbət oldu və narahatlıq ifadə edildi. Bu hadisələrdə kimin yanımızda, kimin qarşımızda olduğu bir daha aydın oldu. Gürcüstan hökumətinin fəaliyyəti bu məsələdə yüksək qiymətləndirilir. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi və özünü Azərbaycanın etibarlı tərəfdaşı kimi apardı. Bu gün dövlətimiz Gürcüstan hökumətinin simasında etibarlı tərəfdaş və dost görür. Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir.
Lakin erməni xisləti yenə də öz çirkin əməllərindən geri qalmır. Ermənistan və Gürcüstanda yaşayan ermənilər, gürcü familyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır.
Lakin bu mümkün olmayacaq. Cənab Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti belə cəhdlərin qarşısını almağa hər zaman müvafiq olub. Azərbaycan hər zaman Gürcüstanın yanında olub, onun inkişafının, rifahının, sabitliyinin tərəfdarı olub. Gürcüstanda yaşayan bəzi yerli ermənilər isə Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar, separatizmə meyil göstərirlər. Ermənilər nəinki Azərbaycan torpaqlarına iddialıdırlar, bu azmış kimi gürcü kilsələrinə əsassız iddialar edir, yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər, Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər.
Elə yaxın zamanlarda baş vermiş bircə faktı vurğulamaq lazımdır. Belə ki, 2020-ci il sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən "Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilərkən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləm və dünya ölkələri tərəfindən də rəğbətlə qarşılanan, balanslaşdırılmış xarici siyasət kursu yürürdən Azərbaycan hər zaman olduğu kimi qətnamə layihəsinin lehinə səs verib. Bizdən fərqli olaraq hər zaman olduğu kimi, beynəlxalq münasibətlər sistemindən təcrid olunan və xarici siyasət kursunda normal ikitərəfli və çoxtərəfli əməkdaşlıq strategiyasından məhrum olan Ermənistan isə bu dəfə də öz simasızlığını nümayiş etdirərək səsvermədə iştirak etməyib.
Ermənistan Gürcüstanın ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Ermənistan nəinki təkcə Azərbaycana düşmən siyasət yürüdür, eyni zamanda bu dövlət regionda pozuculuq siyasəti yürüdür və regionun stabilliyinə zərər vurur və ciddi təhlükə yaradır. Bir sözlə, Ermənistan bölgədə barıt çəlləyi funksiyasını daşıyır”.
banner

Oxşar Xəbərlər