• cümə, 19 Aprel, 07:18
  • Baku Bakı 13°C

Politoloq: “Əgər İrəvandakı “Mavi məscid” farslarındırsa, o zaman Bakının mərkəzindəki kilsə də Rusiyanın hesab edilməlidir”

26.01.18 18:07 493
Politoloq: “Əgər İrəvandakı “Mavi məscid” farslarındırsa, o zaman Bakının mərkəzindəki kilsə də Rusiyanın hesab edilməlidir”
Ermənistan İrəvandakı "Mavi məscid”i İran sayəsində YUNESKO-nun Dünya Mədəniyyət Mirasları ilkin siyahısına daxil etmək planları ilə hər zaman olduğu kimi, məscidin Azərbaycan mədəni və dini irsinə mənsubiyyətini məhv etməyə çalışır. Bunu politoloq Fuad Axundov bəyan edir. Əvvəl Ermənistanın mədəniyyət nazirinin müavini Arev Samuelyan bəyan edib ki, erməni hökuməti İrəvandakı "Mavi məscidi” YUNESKO-nun Dünya Mədəniyyət Mirasları ilkin siyahısına daxil etmək niyyətindədir.
Politoloqun rəyinə əsasən, tarixinin de-azərbaycanlaşdırmağın aludəçisi olan Ermənistan hökumətinin bu planları növbəti dəfə qibtə oaunacaq inadla erməni rəhbərliyinin tarixi savadsızlığını nümayiş etidirir. "Bakının mərkəzində 1861-ci ildə inşa olunan erməni kilsəsi ucalır. Erməni hökumətinin İrəvanda məscidin milli eyniləşdirilməsinə olan yanaşmasını nəzərə alaraq, o zaman Bakıdakı kilsənin tam Ermənistana deyil, Rusiyaya aid olması hesab edilməlidir, çünki Rus İmpesiyası dövründə inşa edilib. Bu isə atrıq cəfəngiyatdır”, - F.Axundov "İnterfaks-Azərbaycan” agentliyinə erməni tərəfinin planlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti uzun illər ərzində şəhər salan azərbaycanlıların mədəni irsini məhv etmək məqsədilə İrəvanın tarixi mərkəzini erməniləşdirmək siyasətini yürüdüblər. "İndi pis vəziyyətdə olan və İran tərəfi hesabına təmir olunan "Mavi məscidə” növbə çatıb”. Bu məscidi YUNESKO-nun Dünya Mədəniyyət Mirasları ilkin siyahısına daxil etməklə Ermənistanın hazırki hakimiyyəti bir dəfəyə iki məqsədə nail olmaq istəyir: zamanında İran ərazisində yerləşən üç erməni monastır kompleksini (Surb Stepanos, Surb Tavedos Arakyali və Dzor Dzoti kiçik kilsəsi) YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edən İran tərəfini razı salmaq, həmçinin məscidi Azərbaycanın deyil, fars mədəni irsi kimi təqdim etmək”, - politoloq vurğulayıb.
F.Axundov əlavə edib ki, sovet dövründə erməni hakimiyyəti orta əsrlərə aid bütöv şəhəri - İrəvan qalasını məhv edib. Həmin şəhərdə 850 ev olub, lakin yaxşı ki, məscidi tamamilə dağıtmağa müvəffəq olmayıblar, baxmayaraq ki, 4 minarədən 3-ü onlar tərəfindən dağıdılıb. "Biz İrəvan qalasının 500 illiyini qeyd edərkən və Ermənistan hakimiyyətini onun dağıdılmasında ittiham edərkən, erməni hökuməti bəyan edib ki, bu Azərbaycanın deyil, Fars qalasıdır. Məntiqli sual ortaya çıxır - əgər bu Fars qalasıdırsa, onu məhv etmək lazımdır?”, - o vurğulayıb.
F.Axundov əmindir ki, Ermənistan hökumətinin "Mavi məscidi” fars mədəni irsi kimi təqdim etmək planları uğursuz olacaq. "Birincisi, erməni tərəfinin müvafiq müraciətinə 1,5 ildir ki, İran hökuməti tərəfindən baxılır və cavab verilmir. İkincisi, bu gün Azərbaycan və İran hökumətləri arasında əla münasibətlər qurulub. Beləliklə, Tehranda bu münasibətlərə zərər vurmazlar. Üçüncüsü, YUNESKO-da Ermənistanın ərizəsi dəstəklənməyəcək”, - politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti həm YUNESKO, həm də istənilən digər səviyyədə "Mavi məscid”in Azərbaycanın memarlığının şah əsəri və həm Rusiya, Sovet, həm də Fars İmperiyalarında yaşayan Azərbaycan xalqının mədəni irsi olduğunu asanlıqla sübut edə bilər. "Mavi məscid”in azərbaycanlıların mülkü olmasına dair kifayət qədər sübutlar var və onlardan istifadə etmək lazmdır ki, növbəti dəfə bütün dünyaya saxtalaşdırma və qonşu xalqların mülklərini özününküləşdirmək məsələlərində Ermənistan hökumətinin sevgisi və mənasız inadkarlığını nümayiş edək”, - F.Axundov əlavə edib.
A.Əzizov

banner

Oxşar Xəbərlər