• cümə axşamı, 18 aprel, 09:48
  • Baku Bakı 12°C

Politoloq: Azərbaycan-Türkiyə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

15.06.21 17:00 405
Politoloq: Azərbaycan-Türkiyə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri nəticəsində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsinin və müvafiq hədəflərin genişləndirilməsinin şahidi olacağıq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
2020-ci ilin yayından Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqliyin də maksimum dərəcədə genişləndiyini bildirən politoloq deyib: "Nəticə etibarilə, bu gün biz tarixdə heç zaman olmayan Türkiyə - Azərbaycan əməkdaşlığının şahidi olmaqdayıq. Gələcəkdə isə təbii ki, həm iqtisadi, həm də hərbi müstəvidə yeni sənədlərin imzalanması və münasibətlərin gücləndirilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, görüş əsnasında Şuşada ikitərəfli əməkdaşlıq üçün çox vacib məqamları ehtiva edən sənədlərin imzalanması da gözlənilir”.
Z.Məmmədov bildirib ki, görüşün həm Füzulidə, həm də Şuşada baş tutması Türkiyənin bölgədəki varlığının göstəricisidir. Bu, həmçinin Türkiyənin Azərbaycana verdiyi dəstəyin önəmli təzahürlərindən biridir. Səfərin ABŞ Prezidenti Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında dialoqdan dərhal sonraya təsadüf etməsi onu göstərir ki, Türkiyə və Azərbaycan yaxın aylarda Qarabağda və Cənubi Qafqazda postmüharibə dövründə müəyyən proseslərlə bağlı ortaq yol xəritəsi hazırlayacaqlar.
banner

Oxşar Xəbərlər