• cümə, 19 Aprel, 19:08
  • Baku Bakı 24°C

Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb

10.07.21 15:00 271
Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb
Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Kaspi.az-a bildirilib ki, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.
banner

Oxşar Xəbərlər