• cümə, 29 Mart, 02:44
  • Baku Bakı 7°C

Polis rəisini bıçaqladılar - Bakıda

20.06.14 12:02 975
Polis rəisini bıçaqladılar - Bakıda
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xutor qəsəbəsində qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar Şıxəliyev şəxsi avtomobilini idarə edərkən naməlum şəxslərin hücumuna məruz qalaraq bıçaqlanıb.
A. Şıxəliyev bıçaq xəsarətləri ilə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparır.
banner

Oxşar Xəbərlər