• cümə, 29 Mart, 00:47
  • Baku Bakı 7°C

Polis polkovniki məni saxladı və maskamın niyə olmadığını soruşdu

12.06.20 14:52 1018
Polis polkovniki məni saxladı və maskamın niyə olmadığını soruşdu
İstirahət günlərində karantin rejiminin sərtləşdirilməsi müvəqqəti hal daşıyır və insanların sağlamlığının qorunmasına yönəlib.
Bunu Trend-ə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Rövşən Kərimduxt deyib.
Onun sözlərinə görə, koronavirusun yayıldığı vaxtda dövlətin gördüyü tədbirlər ölkənin bu qlobal problemdən daha az itkilərlə çıxmasına yönəlib:
"İnsanlar bunu dərk etməli və qəbul etməlidirlər, dövlətin qanunlarına, hökumətin və Operativ Qərargahın qərarlarına riayət etməlidir”.
Aktyor, həmçinin öz ailəsinin karantin qaydalarının tələblərini yerinə yetirdiyini bildirib və bu günlərdə koronavirusla mübarizənin ön cəbhəsində yer alan həkim və polislərin rolunu xüsusilə qeyd edib:
"Mən Sumqayıtda yaşayıram və elə oldu ki, stomatoloji əməliyyatdan sonra evə piyada getməyi qərara aldım. Mənə nəfəs almaq çətin idi və hətta maskamı da həkimdə unutmuşdum. Yorulduğum üçün ictimai nəqliyyata minmək istəyirdim ki, polis polkovniki məni saxladı və mədəni formada maskamın niyə olmadığını soruşdu. Mən vəziyyəti izah etdim və o dərhal mənə yeni maska verdi və cansağlığı arzu edərək evə qədər yola salmağı təklif etdi. Bu günlərdə biz hamımız bir-birimizə böyük diqqətlə yanaşmalıyıq”.
banner

Oxşar Xəbərlər