• çərşənbə axşamı, 16 aprel, 09:31
  • Baku Bakı 14°C

Polis heç bir səbəb olmadan onu saxlayır

04.06.20 15:00 848
Polis heç bir səbəb olmadan onu saxlayır
"Fiorentina”nın futbolçusu, icarə əsasında "Beşiktaş”da çıxış edən Kevin-Prins Boatenq rasizm barədə danışıb.
Kaspi.az xəbər verir ki, Boatenq dəfələrlə irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. O, qaradərililərə neqativ münasibətin olmasından gileylənib:
"Meymun jestləri. Vurduğumuz hər qoldan sonra bizə banan atırlar. Biz səni qutuya qoyub gəldiyin ölkəyə göndərəcəyik. Su şüşələrini atırlar və qışqırırlar: "Bəlkə səni yuyaq”.
Avropada irqçiliyi gizlədirlər. İnsanlar fərdi qaydada buna yol vermirlər. Amma qrup halında yığışanda qışqırmağa başlayırlar.
Küçədə gəzdiyim zaman insanlar məni görüb digər tərəfə keçirlər. Avtomobildə gedəndə mənə qəribə tərzdə baxırlar. Polis heç bir səbəb olmadan məni saxlayır.
Yəqin ki, dərimin rəngi qara olduğu üçün belə edirlər. Onlara elə gəlir ki, biz cinayətkarıq. Mən bütün həyatım boyu çalışmışam ki, futbolçu olum. Amma siz məni ittiham edirsiniz ki, niyə belə görünürəm. Hər şey getdikcə daha da pisləşir”.
banner

Oxşar Xəbərlər