AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Polis əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb

Polis əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb

Kriminal
12 May 2021, 17:30 551
Lənkəranda rayonunda evdən 3 kiloqramdan artıq narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.