• çərşənbə axşamı, 16 aprel, 22:00
  • Baku Bakı 18°C

Platini “Yuventus“dan nikbin danışdı

24.05.13 09:52 1553
Platini “Yuventus“dan nikbin danışdı
“Azarkeşlərin “Yuventus”u sevdiyini anlayıram. Onlar iki “Skudetto” itiriblər. Bunu isə çox yaxşı bilirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər UEFA prezidenti Mişel Platiniyə məxsusdur.
Ali futbol qurumunun rəhbəri sabiq komandasının müəyyən səbəblərə görə 2 “Skudetto”sunun əlindən alınmasını və bununla azarkeşlərinin barışmasını istəyir: “Ancaq sistem ədalətləri və müəyyən qaydalar var. Bu iki titulu qanunlar turinlilərdən aldı. Biz ədaləti seçməyə həmişə məcburuq. “Yuventus” böyük qiyməti ödədi. Amma tezliklə bu klub öz 30 və ya 31-ci çempion titulunu mütləq fəth edəcək”.
Qeyd edək ki, Platini 1982-1987-ci illər arasında “Qoca Sinyora”nın formasını geyinib. O, 147 matçda meydana çıxıb və rəqib qapılarından 68 top keçirib.
banner

Oxşar Xəbərlər