Planları iflasa uğrayan anti-Azərbaycan şəbəkələri
Xaricdəki bəzi anti-Azərbaycan qüvvələr yenidən ölkəmizə qarşı təzyiq
göstərməyə cəhdlər edirlər. Hətta onların Azərbaycan əleyhinə kampaniyalarına
"sapı özümüzdən olan baltalar” da dəstək verir. Biz bunu sosial şəbəkələrdə
açıq şəkildə görə bilərik. Təbii ki, Azərbaycan əleyhinə aparılan
kampaniyaların məqsədi bəllidir və onlar təzyiq göstərməyə cəhd edərək, ölkəmizin
siyasi sabitliyinə, iqtisadi inkişafına mane olmağa çalışırlar. Lakin
anti-Azərbaycan şəbəkələrinin həyata keçirdiyi "təbliğatın” qarşısında isə
hakimiyyət-xalq birliyi dayanır və onlar bu səddi heç vaxt keçə bilməyəcəklər.
Elə buna görədir ki, müntəzəm olaraq, Azərbaycanda keçirilən beynəlxalq
tədbirlər, idman yarışları ərəfəsində yenidən ölkəmiz əleyhinə çıxışların sayı
artırırlar.
Baş verən proseslərdən ilk növbədə cəmiyyətimiz real nəticələr çıxarmalı və sayıqlığı əldən verməməlidir. Hər dəfə yeni qaralama kampaniyaları başlayanda ölkəmizə turist axınını ləngitmək, Azərbaycanın söz sahibliyi mövqeyini zəiflətmək, dövlətimizin diqqətini əsas daxili və xarici siyasət məsələlərindən yayındırmaq istəyirlər. Ancaq Azərbaycanın bugünkü gücü tək ordu, inkişaf edən iqtisadiyyat, mühafizə edilən sərhədlər, nəticəli sosial müdafiə, dəqiq xarici siyasət yox, eyni zamanda öz dövlətçiliyinə dəyər verən yetkin vətəndaş toplumunun formalaşmasıdır. Belə toplum olduqca, ölkəni müxtəlif düşmən layihələrin sınaq meydanına çevirmək mümkünsüz olacaq”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan
sürətlə inkişaf edir və ölkəmiz həm siyasi nüfuzuna, həm də iqtisadi çəkisinə
görə, dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməkdədir: "Prezident İlham
Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət bütövlükdə Azərbaycan
vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə yönəlmiş bir siyasətdir. Ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər, misal üçün Formula-1 yarışı ərəfəsində
anti-milli ünsürlər, erməni və ermənipərəst qüvvələr, o cümlədən erməni
diasporunun alətinə çevrilmiş bəzi qruplar var ki, onlar Azərbaycanın
uğurlarına kölgə salmağa cəhd edirlər. Onu qeyd edim ki, indiki halda
anti-milli qüvvələrin Azərbaycanda da bəzi yaramaz və yarıtmaz ünsürləri var. Təbii
ki, bu, əbəs yerə çəkilən əməkdir. Çünki Azərbaycan düzgün yol tutub, qətiyyətli
mövqeyi var. Bütün dünya ölkələri ilə əməkdaşlıqlar qarşılıqlı və ikitərəfli
münasibətlərin yaxşılaşmasına gətirib çıxarır. Azərbaycanın məhz bütün
sahələrdə uğurlarının şahidiyik. Təəssüflər olsun ki, ölkəmizə qarşı aparılan
anti-təbliğatda anti-milli ünsürlərin əli var. O insanlar Azərbaycanın əleyhinə
işləməklə, birmənalı şəkildə düşmən dəyirmanına su tökür və müəyyən mənada
ermənilərin siyasətinə dəstək göstərirlər. Bunların mövcud hərəkətləri faktiki
olaraq, dediklərimizə əsas verir”.
V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın gücü, qüdrəti artdıqca,
anti-milli şəbəkələr "fəaliyyətlərini” artırırlar: "Bu hallar ilk dəfə deyil
ki, özünü göstərir və zaman-zaman bunun şahidi olmuşuq. Necə ki, I Avropa
Oyunları ərəfəsində bir çox xarici media orqanları ölkəmiz haqqında qarayaxma
kampaniyasının alətinə çevrildilər. Onlara da dəstək olan insanlar və qruplar
var idi. Bunlar sayca çox deyil, amma təəssüf ki, onlara dəstək verən və erməni
lobbisinin əlində alət olan qruplar, hətta beynəlxalq təşkilatlarda oturan
insanlar var ki, hər zaman ədalətdən uzaq olublar və obyektivliyə kölgə
salıblar. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı belə şər və
böhtan kampaniyalarına öz cavabını verib və verəcək. Azərbaycanın sürətlə
inkişafı anti-milli qüvvələrə ən layiqli cavabdır. Ölkəmiz bundan sonra da
dünyada öz çəkisini qoruyub saxlayacaq. Necə ki, bu gün ölkəmiz beynəlxalq
layihələrə müəlliflik edir və qitələri birləşdirən meqa-layihələrin
təşəbbüskarı kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi Avropa və
Asiyanı birləşdirəcək nəhəng bir layihədir. Məhz bu layihə dövlət başçısının
təşəbbüsü və səyi nəticəsində inşa olunub. Paxıl və ölkəmizin inkişafını istəməyən,
eləcə də erməni dəyirmanına su tökən insanlar var ki, onlar Azərbaycan
qüdrətləndikcə narahat olmağa başlayır, azğınlaşırlar. Lakin onlar bu addımları
ilə heç vaxt ölkəmizə zərrə qədər ziyan vura bilməyəcəklər”."Bakı Xəbər” qəzetinin baş
redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirdi ki, anti-Azərbaycan
qüvvələrin qaralama kampaniyasının əsas motivini, səbəb və hədəflərini Azərbaycan
ictimaiyyəti çox yaxşı anlayır: "Hamı bilir ki, Azərbaycanın inkişafı,
güclənməsi və beynəlxalq platformalarda söz sahibinə çevrilməsi ölkəmizə qarşı
qara niyyətli fəallaşmaların əsas səbəbinə çevrilir. Belə kampaniyalarda erməni
lobbisi, xaricdəki bəlli siyasi mərkəzlər və azərbaycanlı mühacirlərin kiçik
bir hissəsinin sinxron şəkildə əlaqəli fəaliyyət göstərməsi təəssüfləndirici
nüanslardan biridir. Məqsəd Azərbaycanın inkişafını ləngitmək və onu zəif
duruma düşürməkdir. Birləşmiş düşmən qüvvələri bilir ki, güclü Azərbaycanı
idarə etmək və müxtəlif planların müti icraçısına çevirmək mümkünsüzdür.
Azərbaycanın zəif olması bu gün Ermənistan və onun lobbiçi dairələrinin daha
çox marağında olan məsələdir. Zəif Azərbaycandan Qarabağı qoparmağın asan
olması, xaricdə ölkəmizə qarşı işləyən kampaniyaların rəhbər tutduqları əsas
tezisdir. Bu tezis göstərir ki, bu gün belə kampaniyalara qoşulan xaricdəki
anti-milli və daxildəki bəzi qüvvələr tək Azərbaycan hakimiyyətinə yox,
dövlətçiliyimizə və hər bir vətənpərvər azərbaycanlıya qarşı yönəlmiş mövqe
tuturlar”.
A.Quliyev vurğuladı ki, anti-Azərbaycan kampaniyalarının bir hədəfi
də ölkədə cəmiyyət-hakimiyyət anlaşmasını pozmaqdır: "Son bir ildə xüsusilə
gücləndirilən sosial müdafiə siyasətinin də hədəfə alınması və gözdən salınması
kampaniyalarının məqsədi hakimiyyət-cəmiyyət anlaşmasına zərbə vurmaqdır.
Xarakterik xüsusiyyətlərdən biri də qaralama kampaniyalarının tarixi hadisələrlə
üst-üstə düşməsidir. İllərdən bəri təkrarlanan bu məqam indi Azərbaycan
cəmiyyəti tərəfindən o qədər dəqiq başa düşülür ki, qətiyyən təəccüblü
qarşılanmır, əksinə ölkəmiz əleyhinə kampaniyaların dayanması müəyyən mənada
təəccüblü görünə bilər. Azərbaycanda sabitlik və rifahın olması bəzilərinə daxildəki
qrupların köməyi ilə dağıdıcı proqramları icra etməyə imkan vermir. Baş verən proseslərdən ilk növbədə cəmiyyətimiz real nəticələr çıxarmalı və sayıqlığı əldən verməməlidir. Hər dəfə yeni qaralama kampaniyaları başlayanda ölkəmizə turist axınını ləngitmək, Azərbaycanın söz sahibliyi mövqeyini zəiflətmək, dövlətimizin diqqətini əsas daxili və xarici siyasət məsələlərindən yayındırmaq istəyirlər. Ancaq Azərbaycanın bugünkü gücü tək ordu, inkişaf edən iqtisadiyyat, mühafizə edilən sərhədlər, nəticəli sosial müdafiə, dəqiq xarici siyasət yox, eyni zamanda öz dövlətçiliyinə dəyər verən yetkin vətəndaş toplumunun formalaşmasıdır. Belə toplum olduqca, ölkəni müxtəlif düşmən layihələrin sınaq meydanına çevirmək mümkünsüz olacaq”.
BƏXTİYAR