• cümə, 29 Mart, 13:45
  • Baku Bakı 14°C

Piter Teys: Azərbaycan “Asiyanın Qəlbi–İstanbul Prosesi”ndə önəmli rol oynayır

05.12.17 15:30 2762
Piter Teys: Azərbaycan “Asiyanın Qəlbi–İstanbul Prosesi”ndə önəmli rol oynayır
"Asiyanın Qəlbi–İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında təkcə region üçün deyil, bütün dünya üçün narahatlıq doğuran bir çox problemlər, həmin problemlərin həlli yolları barədə səmərəli müzakirələr aparıldı. Bu tədbirin önəmini artıran mühüm amillərdən biri terrorizmə, ekstremizmə, radikal dini cərəyanlara qarşı birgə mübarizədə səylərin gücləndirilməsi və region dövlətlərinin bu prosesdə fəal iştirakı məsələsinin diqqət mərkəzində olması idi. Azərbaycan "Asiyanın Qəlbi–İstanbul Prosesi”ndə önəmli rol oynayır.
Bu sözləriAZƏRTAC-a açıqlamasında tanınmış amerikalı jurnalist, siyasi şərhçi Piter Teys deyib.
Piter Teys qeyd edib ki, "Asiyanın Qəlbi-İstanbul Prosesi” bölgədə siyasi dialoq və regional əməkdaşlıq üçün vacib regional platformadır. Ona görə də Bakıda keçirilən bu toplantı sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Əfqanıstanda sülh və sabitliyin, iqtisadi inkişafın əldə olunmasına xidmət edən bu çoxtərəfli əməkdaşlıq platformasında Azərbaycanın fəal iştirakı bütün dünyada yüksək qiymətləndirilir. Azərbaycanın və ABŞ-ın əsgərləri Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə fəal iştirak edirlər. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə töhfələrini hər zaman yüksək dəyərləndirir.
Amerikalı siyasi şərhçi konfransın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində çox vacib məsələlərin yer aldığını vurğulayaraq sənəddə xüsusilə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklərin bir daha təsdiq edilməsinə, həmçinin dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyinin qeyd olunmasına diqqəti cəlb edib. O əlavə edib ki, Prezident İlham Əliyev də konfransdakı nitqində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsinin, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmamanın regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olduğunu vurğuladı.
Piter Teys qeyd edib ki, "Asiyanın Qəlbi–İstanbul Prosesi” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, mülki insanların qəddarcasına qətlə yetirilməsi, ümumiyyətlə, Ermənistanın faşist rejiminin törətdiyi digər cinayətlərin diqqətə çatdırılması baxımından da yaxşı platformadır.
banner

Oxşar Xəbərlər