Piratlar məşhur kluba çatacaq vəsaiti oğurladılar
Argentinada Leonardo
Paradesin "Zenit”dən PSJ-yə keçidi ilə bağlı yaranan qalmaqal araşdırılır.
Kaspi.az xəbər
verir ki, qaydalara görə, Paradesin transferindən əldə olunan vəsaitin bir
qismi onu yetişdirən kluba – "Boka Xuniors”a çatmalıdır. PSJ bunun üçün ilk mərhələdə
mart ayında Argentina nəhənginin hesabına 520 min avro ödəməli idi.
Pul ödənilsə də,
klubun hesabına oturmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu vəsait
Nyu-Yorkdakı hesab vasitəsilə Meksikada olan hesaba köçürülüb. İlkin məlumata
görə, vəsait internet-piratlar tərəfindən oğurlanıb.
Araşdırma davam
etdirilir. Parades PSJ-yə bu ilin yanvarında keçib. Paris klubu onun üçün 47
milyon avro ödəyib.