• cümə, 29 Mart, 19:48
  • Baku Bakı 14°C

“Pianoçu” filminin ssenari müəllifi vəfat edib

09.09.20 14:00 665
“Pianoçu” filminin ssenari müəllifi vəfat edib
Britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.
AZƏRTACRİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur "Pianoçu” filminə görə "Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Oskara layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi "Cəngavər” titulu verilib.
banner

Oxşar Xəbərlər