• cümə axşamı, 28 mart, 12:30
  • Baku Bakı 16°C

Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq

06.05.21 17:30 896
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesi çərçivəsində Azərbaycanda indiyədək heç kəsdə anafilaktik şoka rast gəlinməyib. Başağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül əlamətlərin olması isə normal haldır və ikinci dozaya əks-göstəriş sayılmır. Birinci dozasından anafilaktik şok müşahidə olunanlara ikinci doza vurulmur. Anafilaktik şokun tez-tez rast gəlinən inkişaf səbəbi müxtəlif dərman preparatları və ya vaksinin orqanizmə yeridilməsidir. Patoloji vəziyyət qan dövranı, orqan və sistemlərin dərin pozulmaları ilə müşayiət edilir.
Həkimlərin dediyinə görə, peyvəndlər elə formada hazırlanır ki, allergik komponenti maksimum dərəcədə az olsun. Buna görə də vaksin allergiyası olanlara da vurulur. Lakin hər orqanizm fərqlidir və reaksiyalar da müxtəlif ola bilər.
Kaspi.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova deyib: "Peyvənd yad zülaldan ibarətdir. Əgər hansısa bir insan peyvəndə, dərmana və ya preparata kəskin allergik reaksiya kimi anafilaktik şok təhlükəsi ilə üzləşibsə, bunu təkrar etmək olmaz. Yaxşı olardı ki, allergiyası olanlar peyvənd vurdurmamışdan əvvəl öz həkimi ilə məsləhətləşsinlər və peyvənddən bir neçə müddət əvvəl allergiya əleyhinə dərman qəbul etsinlər”.
Yüksək immunitet sağlamlığın fundamentidir. Onun olmadığı təqdirdə virusa yoluxma halları qaçılmazdır: "İkinci dozanı vurdurmayanların orqanizmində az immunitet yaranacaq. Alimlərin dediyinə görə, iki doza vurulması nəticəsində orqanizmdə bir ilə qədər qoruyuculuq yaranır. İkinci dozanı vurdurmayanlarda yarım il, bəlkə də daha az müddətdə qoruyuculuq olur”,- deyə həkim-pediatr deyib.
Hazırda ölkəmizdə Çinin "SinoVac” şirkətinin "CoronaVac” və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinləri vurulur. İndiyədək 1 milyon 536 mindən artıq vaksin vurulub.
banner

Oxşar Xəbərlər