• cümə axşamı, 25 aprel, 09:41
  • Baku Bakı 14°C

“Peyvənd pasportlarının dünyada tətbiqi destruktiv təşəbbüsdür”

16.05.21 10:45 561
“Peyvənd pasportlarının dünyada tətbiqi destruktiv təşəbbüsdür”
"COVID-19 peyvəndləri vurulan insanlar üçün pasportların tətbiqi Rusiyaya qarşı istiqamətlənmiş destruktiv bir təşəbbüsdür”.
APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski "Soloviev Live” yutub kanalının efirində bildirib.
Deputat qeyd edib ki, hazırda Avropa tənzimləyiciləri Rusiyanın "Sputnik V" peyvəndinə şübhə ilə yanaşırlar və qeydiyyatına icazə vermirlər: "Peyvənd insanların həyatıdır. Və ən yaxşı peyvənd Rusiyada istehsal olunursa, süni pasport tətbiq etməyə ehtiyac yoxdur. Peyvəndin tanınmasını təxirə salmağa ehtiyac yoxdur. Süni peyvənd müharibələri etməyə də ehtiyac yoxdur”.
banner

Oxşar Xəbərlər