• cümə axşamı, 25 aprel, 11:57
  • Baku Bakı 14°C

Peşə təhsili üzrə kosmetologiya sahəsində təlimlər keçiriləcək

05.10.22 13:15 798
Peşə təhsili üzrə kosmetologiya sahəsində təlimlər keçiriləcək

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Aesthetic & Welness World Academy birgə əməkdaşlıq çərçivəsində kosmetologiya sahəsində 4 istiqamət üzrə qısamüddətli təlimə qəbul elan edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Kaspi.az-a verilən məlumata görə, 6 ay ərzində keçiriləcək təlimlər kosmetologiya sahəsinin kosmetoloq, texnik (estetik və s.), kosmesevt və masajist (Spa, tibbi və s.) istiqamətlərini əhatə edəcək.

Təlimlərə oktyabr ayından başlanılması nəzərdə tutulur. Təlim iştirakçıları nəzəri dərsləri İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəni isə Aesthetic & Welness World Academynin kosmetoloji mərkəzlərində keçəcəklər.

Təlimlərdə iştirak tam orta təhsil almış hər bir kəs üçün açıqdır. Müraciət etmək və təlimlər haqqında ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz: https://courses.awwa.site/

İştirakçılar təlimlərin sonunda yerli və beynəlxalq səviyyəli təlimçilər tərəfindən müasir metodik materiallardan istifadə olunmaqla nəzəri biliklər və praktiki təcrübə, həmçinin Azərbaycan ərazisində qüvvədə olan dövlət nümunəli sertifikat əldə edəcəklər.

 

banner

Oxşar Xəbərlər