• cümə axşamı, 28 mart, 11:57
  • Baku Bakı 4°C

Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19.08.19 15:06 14352
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.
Təhsil NazirliyindənAZƏRTAC-a bildirilib ki, bu gün saat 12:00-dək olan göstəricilərə görə, artıq 9272 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində təşkil edilir. "ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər