• çərşənbə axşamı, 19 mart, 14:40
  • Baku Bakı 8°C

Pərviz Abdullayev peşəkarlar arasında növbəti döyüşünü keçirəcək

23.06.21 18:45 313
Pərviz Abdullayev peşəkarlar arasında növbəti döyüşünü keçirəcək
"Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirəcək.
AZƏRTACklubun rəsmi saytına istinadla xəbər verir ki, idmançımız iyunun 26-da İstanbulda təşkil olunacaq "Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayacaq.
P.Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq. Bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.
banner

Oxşar Xəbərlər