• çərşənbə axşamı, 16 aprel, 12:06
  • Baku Bakı 19°C

Peruda Pedro Kastilyo prezident seçkilərində qalib gəlib

11.06.21 10:30 226
Peruda Pedro Kastilyo prezident seçkilərində qalib gəlib
Radikal solçu "Azad Peru” partiyasının nümayəndəsi Pedro Kastilyo prezident seçkilərində üstünlük əldə edib.
APATASS-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Seçki Prosesləri Ofisi (MSK) tərəfindən səsvermənin ikinci turunun 100% protokollarının öyrənilməsinin nəticələrinə dair yayımlanan məlumatlar göstərir.

Bununla belə, hələlik bülletenlərin təxminən 99,2%-i sayılıb. 8 800 081 seçici (50,198%) Kastilyoya səs verib. Onun rəqibi sağçı "Xalqın gücü” partiyasından olan Keyko Fuximori 8 730 535 seçici (49,802%) səsini toplayıb. Səs vermək hüququna malik vətəndaşların 25%-dən çoxu (6,3 milyon) seçki məntəqələrinə gəlməyib.
Səslərin sayılması başlayandan bəri Fuximori kiçik fərqlə liderlik edirdi. Kastilyo məğlubiyyətini etiraf etməmiş və tərəfdarlarını sakit olmağa çağırmışdı, kəndlərdə bülletenlərin işlənməsi başa çatana qədər gözləmələrini təklif etmişdi. Eyni zamanda, solçu radikal partiyanın nümayəndələri MSK-dan bütün səslərin diqqətlə sayılmasını tələb edirdilər.
Perunun yeni seçilmiş prezidenti öz vəzifəsinin icrasına 28 iyulda başlayacaq. Onun səlahiyyət müddəti beş ildir.

banner

Oxşar Xəbərlər