• şənbə, 20 Aprel, 01:45
  • Baku Bakı 15°C

Peru Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

28.05.21 15:54 382
Peru Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib
Peru Respublikasının Prezidenti Fransisko Rafael Saqasti Oçausler Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Kaspi.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Peru Hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə hökumətimin siyasi-diplomatik dialoqun gücləndirilməsi, iqtisadi-ticari mübadilə və əməkdaşlıq yolu ilə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi istiqamətində çalışmaqda davam edəcəyini bir daha məmnunluqla bildirirəm.
Eyni zamanda, fürsətdən istifadə edərək bütün ölkələrdə səhiyyə və iqtisadiyyat sahələrinə təsir edən COVID-19 ilə mübarizədə Sizə uğurlar arzu edirəm. Əminəm ki, bütün ölkələrin birgə səyləri sayəsində universal ictimai məhsul xarakterli və effektiv peyvəndin tətbiq edilməsi ilə bu böhranın öhdəsindən gələcəyik.
Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.
Sizə bir daha ən dərin ehtiramımı bildirirəm”.
banner

Oxşar Xəbərlər