Pele depressiyaya düşüb
Əfsanəvi
futbolçu Pelenin oğlu atasının sağlıq durumu ilə bağlı danışıb.
Kaspi.az xəbər
verir ki, oğlu atasının durumunun yaxşı olmadığını bildirib. O, Pelenin
depressiyaya düşdüyünü bildirib:
"O, çox zəifləyib.
Əməliyyat olundu, amma reabilitasiya yaxşı keçmədi. Onun hərəkət etməklə bağlı
problemi var. Demək olar ki, hərəkət edə bilmir. Bu da onda depressiya yaradır.
Təsəvvür
edirsiniz, o futbolun kralıdır, daim diqqət mərkəzində olub. İndi isə hərəkət
edə bilmir. Bu da ona pis təsir edir. Çox utancaq olub, fikirli həyat tərzi
keçirir”.