• şənbə, 20 Aprel, 06:04
  • Baku Bakı 14°C

Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək

19.04.19 11:45 438
Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək
Aprelin 25-27-də Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Bir kəmər, bir yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Çin xarici işlər
naziri Van İ aprelin 19-da keçirdiyi mətbuat konfransında bildirib. Tədbirdə dövlət və hökumət başçıları, digər dövlət rəsmiləri, özəl sektor nümayəndələri, sərmayədarlar, beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.
"Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcək qurulması” mövzusundakı forumun 12 panel iclası və digər tədbirləri olacaq.
Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
banner

Oxşar Xəbərlər