• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün düşərgə

06.03.23 14:15 902
Pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün düşərgə

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün “EduCamp” düşərgəsi təşkil ediləcək.  
Düşərgənin keçirilməsində əsas məqsəd peşəkar, çevik və yenilikçi müəllimlərin cəlb edilməsiylə pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin peşəkar təhsil işçisi kimi formalaşmasına dəstək olmaq, onları stimullaşdırmaq və təhsil sahəsində birgə innovativ fəaliyyətlərin layihələndirilməsinə nail olmaqdır. 
Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin pedaqoji profilli və əlaqəli ixtisaslarında 
- bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;
- magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
- qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.
5 günlük düşərgə çərçivəsində tələbələrin asudə vaxtlarının daha səmərəli və faydalı təşkili məqsədilə innovativ vorkşoplar, simulyativ sessiyalar, müxtəlif əyləncəli müsabiqə, idman yarışları, intellektual oyun və fəaliyyətlər keçiriləcək. 
Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan pedaqoji düşərgənin təxirə salınması qiymətləndirmə mərhələsində iştirak edən namizədlərin əksəriyyətinin aşağı nəticə göstərməsi ilə əlaqədardır. Qeyd edilən səbəbi nəzərə alaraq, ümumi keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə pedaqoji düşərgə yenidən keçirilir. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.
Düşərgədə iştirak etmək istəyən namizədlər 8 mart 2023-cü il tarixinədək https://forms.gle/ueqG4MHsMoRBDcpy9 linki vasitəsilə qeydiyyatdan keçməli və ali ixtisas sahəsi üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq.

 

    

banner

Oxşar Xəbərlər