• çərşənbə, 24 Aprel, 04:07
  • Baku Bakı 14°C

Paytaxtın Nizami rayonunda ticarət obyektində yanğın baş verib

23.06.19 10:19 666
Paytaxtın Nizami rayonunda ticarət obyektində yanğın baş verib
Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında "X-Lady" və "İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində yanğın baş verib.
AZƏRTAC-ın hadisə yerindəki müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası, eləcə də təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Hazırda alovun söndürülməsi işləri davam etdirilir.
Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.
Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər