• çərşənbə, 17 Aprel, 00:12
  • Baku Bakı 14°C

Paytaxt polisi Türkiyə - Uels oyunu ilə əlaqədar sürücülərə müraciət edib

16.06.21 17:37 288
Paytaxt polisi Türkiyə - Uels oyunu ilə əlaqədar sürücülərə müraciət edib
"Avro-2020”nin iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək növbəti oyunu ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri müəyyənləşdirilərək icraya yönəldilib. Stadion, ona bitişik bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimində xidmət təşkil edilib.
Kaspi.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, qardaş Türkiyədən və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkili, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.
Bakı Olimpiya Stadionu və ya Böyükşor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospekti ilə 3 saylı "ASAN xidmət” Mərkəzinin yanından və hava limanından mərkəzə doğru H.Əliyev prospektindən Bakı Olimpiya Stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.
"Əvvəlcədən məlumat verildiyi kimi bir daha bildiririk ki, həmin istiqamətə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik”, - deyə V.Əsədov bildirib.
Bölmə rəisi diqqətə çatdırıb ki, azarkeşlərin metronun "Qara Qarayev” stansiyasının yanından, Səməd Vurğun parkının qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə metronun "Koroğlu” stansiyasından nəzərdə tutulur.
Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalı nəzərə alınaraq şəxsi avtomobillərdən istifadə etməmək və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə olunması tövsiyə edilir.
"İnanırıq ki, hər zaman olduğu kimi bu gün də vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik”, - deyə V.Əsədov qeyd edib.
banner

Oxşar Xəbərlər