• cümə, 29 Mart, 08:36
  • Baku Bakı 5°C

Payızlıq taxıl sahəsinin sığorta haqqı nə qədərdir?

05.10.21 12:00 373
Payızlıq taxıl sahəsinin sığorta haqqı nə qədərdir?
Azərbaycanda payızlıq əkinlərin fermerlər tərəfindən bəyan edilməsi prosesinə başlanılıb. Bu ildən etibarən 7 bitki növü üzrə əkin subsidiyaları əkin sahəsinin aqrar sığorta edilməsi şərti ilə veriləcək. On hektardan artıq buğda və arpa sahələri üzrə subsidiya alınması üçün fermerlər bu sahələri Aqrar Sığorta Fondunda sığorta etdirməlidirlər.
FonddanKaspi.az-a bildiriblər ki, bununla onlar əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qoruya bilərlər. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.
Nəticədə təqribən 1200 manatlıq məhsul yığılan 1 hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:
Qarabağ üzrə - 10 manat;
Şərqi Zəngəzur üzrə - 10 manat;
Şəki-Zaqatala üzrə – 16-17 manat;
Lənkəran–Astara üzrə - 7 manat;
Qazax–Tovuz üzrə – 24-25 manat;
Mərkəzi Aran üzrə - 8 manat;
Quba-Xaçmaz üzrə - 7 manat;
Mil–Muğan üzrə - 8 manat;
Abşeron-Xızı üzrə - 7 manat;
Gəncə–Daşkəsən üzrə – 24-25 manat;
Şirvan–Salyan üzrə - 8 manat;
Dağlıq Şirvan üzrə - 11-12 manat;
Bakı üzrə - 7 manat.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 1 sentyabr tarixli Fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyəcək.
banner

Oxşar Xəbərlər