• cümə axşamı, 25 aprel, 11:34
  • Baku Bakı 14°C

Pavlo Movçan: Ulu Öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi

12.12.19 09:15 393
Pavlo Movçan: Ulu Öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə ilk münasibətim hələ sovet illərindən yaranmışdı. O ədəbiyyata, sözə, yaradıcı insanlara böyük qiymət verirdi.
Bu fikriAZƏRTAC-a açıqlamasında Ukraynanın tanınmış şairi, tərcüməçisi, ictimai xadimi, nəsimişünas Pavlo Movçan söyləyib.
Ulu öndərlə bağlı xatirələrini bölüşən P.Movçan deyib: "Sovet dövründə bir dəfə Azərbaycanda dövlət səviyyəsində ədəbiyyat tədbiri keçirilirdi. Mən də həmin tədbirə dəvət almışdım. Tədbirdə Nəsiminin tərcümə etdiyim şerlərini səsləndirdim. Tədbirdən sonra Heydər Əliyevlə görüşümüz oldu. Məndən nə arzuladığımı soruşdu, mən isə "Nəsiminin qəbrini ziyarət etmək istədiyimi” dedim. Qısa müddətdə Heydər Əliyev məni Nəsiminin qəbrini ziyarət etmək üçün Suriyaya göndərdi”.
P.Movçan vurğulayıb ki, Heydər Əliyev fenomen şəxsiyyətdir. O istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqillik illərində dövləti, xalqı üçün misilsiz xidmətlər göstərib. "Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında təmənnasız rolu olub. Bu xidmətlərin nəticəsi olaraq bu gün də iki ölkə arasında münasibətlər yüksək səviyyədədir”, - deyə P.Movçan əlavə edib.
banner

Oxşar Xəbərlər